UEFA reytinqindəki mövqeyimiz

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun ilk oyun gününün ardınca UEFA reytinqi açıqlanıb.

Sportline.az xəbər verir ki, ötən gecəki oyunlardan sonra Azərbaycanın mövqeyində dəyişiklik olmayıb.  22-ci pillədə qərarlaşan ölkəmizin 19.125 xalı var.

Qeyd edək ki, ölkəmizdən 1 pillə irəlidə olan Rumıniyanın 20.050 xalı var.