Uesli So: "Rəcəbov əla şahmatçıdır, amma onun günü deyildi"
"Bu gün rəqibimin günü deyildi. Oyuna başlayanda onun favorit, bir qədər üstün olduğunu düşünürdüm".
Sportline.az xəbər verir ki, bu fikirləri ABŞ şahmatçısı Uesli So Çempionlar Turunun "Opera Euro Rapid" adlanan 3-cü mərhələsində Azərbaycan təmsilçisi Teymur Rəcəbova qalib gəldiyi yarımfinal görüşü barədə danışarkən deyib.
28 yaşlı qrossmeyster həmyerlimizin əla şahmatçı oldğunu bildirib: "Açıq deyə bilərəm ki, bu gün onda nələrsə düz getmədi".
Qeyd edək ki, yarımfinalda uduzan Teymur Rəcəbov bu gün və sabah fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda görüşlər keçirəcək.