Ueyn Runinin yeni klubu
"Derbi Kaunti"dən ayrılan Ueyn Runinin yeni iş yeri müəyyənləşib.
Sportline.az xəbər verir ki, o, MLS təmsilçisi "DC Yunayted"in baş məşqçisi təyin edilib. Mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü futbolçu karyerası ərzində iki mövsüm "DC Yunayted"də oynayıb.