Uilyams "Atletik"lə müqavilənin müddətini uzatdı

"Atletik Bilbao" ispaniyalı futbolçusu Niko Uilyamsla müqavilənin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, 22 yaşlı futbolçu Bilbao klubu ilə 2035-ci ilin iyun ayına qədər yeni müqaviləyə imza atıb.

Bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Uilyamsla "Barselona" klubu yaxından maraqlanırdı.

Qeyd edək ki, gənc futbolçu ötən mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 11 qol 7 məhsuldar ötürmə müəllifi olub.