Ukrayna millisinin oyunçusu İngiltərədə çıxış edə bilər
"Dinamo Kiyev"in futbolçusu Taras Mikhavko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" 20 yaşlı stopperi heyətinə qatmağı düşünür.
Ukrayna millisinin üzvü bu mövsüm meydana çıxdığı 29 matçda 3 qolla yadda qalıb.
Qeyd edək ki, T.Mikhavkonun dəyəri 8 milyon avrodur.