Ukraynalı futbolçu itkin düşüb

Ukraynalı sabiq futbolçu Leonid Boyarintsev Mariupolda itkin düşüb.

Sportline.az "Sport.ua"ya istinadən xəbər verir ki, 40 yaşlı keçmiş müdafiəçi martın 2-dən həyat yoldaşı Anna ilə əlaqə saxlamayıb.

Qeyd edək ki, Boyarintsev 2000 - 2017-ci illərdə "Stal", "Mariupol" və "Naftafik" klublarının formasını geyinib. Müdafiəçi sonuncu komandasının kapitanı olub.

Banner