Ulduz futbolçu "Barselona"ya gəlir
"Barselona"nın Joan Laportanın prezidentliyi altında ilk transferi Erik Qarsiya olacaq.
Sportline.az xəbər verir ki, bu barədə İspaniyanın "Sport" nəşri məlumat yayıb. Kataloniya klubu 20 yaşlı müdafiəçini yayda heyətinə qatmaqda israrlıdır. Qarsiya özü də klubu ilə mövsümün sonunda bitəcək müqaviləsini yeniləməmək qərarı verib.Məlumata görə, o, "Barselona" ilə 5 illik sözləşmə imzalayacaq.
Qeyd edək ki, E.Qarsiya bu mövsüm 10 matça çıxıb.