Ulduz futbolçu "Bavariya"dan gedir

"Bavariya"nın futbolçusu Kingsli Koman bu yay klubdan ayrılacaq.

Sportline.az "Sky Sport"a istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Münhen təmsilçisinin təklif etdiyi məvacibdən razı deyil. Bundesliqa klubu oyunçuya illik 12 milyon avro maaş vəd edir. Kuman isə bundan daha çox əmək haqqı istəyir.

Qeyd edək ki, Koman başa çatan mövsümdə 29 matçda 5 qol vurub və 10 qolun ötürməsini verib.