Ulduz futbolçu İnstagram hesabında "Qalatasaray"la bağlı bütün paylaşımları silib

"Qalatasaray"ın italiyalı ulduzu Nikolo Zaniolo sosial media hesabında klubla olan bütün paylaşımlarını silib.

Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, 24 yaşlı futbolçunun komandadan ayrılacağı artıq dəqiqləşib.

Xəbərdə bildirilir ki, Türkiyə klubu Zaniolonun maaş tələblərini qarşılaya biləcək gücdə deyil.

2023-cü ildə "Roma"dan "Qalatasaray"a 15 milyon avroya transfer olunan oyunçu ötən mövsümü icarə əsasında "Astin Villa"da keçirib.

Qeyd edək ki, Nikolo Zaniolo ilə "Atalanta" və "Fiorentina" klubları maraqlanır.