Ulduz futbolçu karyerasını bitirdi

Braziliya millisinin və İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Ramires karyerasını başa vurub.

Sportline.az xəbər verir ki, yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında bildirib.

O, 35 yaşında futbolla vidalaşdığını açıqlayıb.

Qeyd edək ki, Ramires 2010 - 2016-cı illərdə London təmsilçisinin formasını geyinib. Yarımmüdafiəçi 2009/2010 mövsümündə Portuqaliyada "Benfika"nın şərəfini qoruyub. O, yığmada 51 matçda meydanda olub.