Ulduz futbolçu klubsuz qaldı

İngiltərənin “Bornmut” klubu futbolçusu Cek Uilşirlə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin müddəti bitən müqaviləsi yenilənməyib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərə millisinin sabiq üzvü bu ilin yanvarından “Bornmut”da çıxış edirdi. 10 il "Arsenal"ın şərəfini qorumuş Uilşir "Bolton" və "Vest Hem"də də oynayıb.