Ulduz futbolçu milli karyerasını başa vuracaq
Polşa millisinin qolkiperi Voysex Şensnı seçmə komandada karyerasını bitirməyə hazırlaşır.
Sportline.az xəbər verir ki, 33 yaşlı qapıçı AVRO:2024-dən sonra bütün diqqətini klub karyerasına yönəldəcəyini bildirib.
"Avropa çempionatından sonra millidən gedəcəm. Bu qərarı heç kim dəyişə bilməz. Yeni seçmə mərhələni başa vuracağıma əmin olmadığım halda onu başlamağa da dəyməz", - deyə Şensnı "Foot Truck"a fikrini açıqlayıb.
Qeyd edək ki, Voysex Polşa millisinin heyətində 2009-cu ildə debüt edib.