Ulduz futbolçu "Real"da - RƏSMİ
"Real" klubu "Liverpul"un futbolçusu Trent Aleksander-Arnoldu heyətinə qatıb.
Sportline.az xəbər verir ki, madridlilər İngiltərə millisinin yarımmüdafiəçisinin keçidini rəsmiləşdiriblər.
Onunla 2031-ci ilin iyununadək müqavilə imzalanıb.
Qeyd edək ki, 2016-cı ildən "Liverpul"un şərəfini qoruyan Arnold iki dəfə İngiltərə çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.