Ulduz futbolçu Səudiyyə Ərəbistanını tərk etmək istəyir
"Əl-İttihad" klubunun hücumçusu Kərim Benzema yayda komandadan ayrılmaq istəyir.
Sportline.az xəbər verir ki, bu barədə "Relevo" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, fransalı forvard bir çox klubların infrastrukturundan və daxili çempionatdakı oyun səviyyəsindən narazıdır. Benzema karyerasını Avropada davam etdirmək istəyir.
Benzema bu mövsüm Səudiyyə Ərəbistanı liqasında 21 oyun keçirib.O, bu oyunlarda 9 qol və 7 asistlə çıxış edib.
Qeyd edək ki, 36 yaşlı futbolçunun "Əl İttihad"la müqaviləsi 2026-cı ildə sona çatacaq.