Ulduz futbolçu üçün mövsüm bitdi

 “Mançester Yunayted”in yarımmüdafiəçisi Marsel Zabitser dizindən aldığı zədə səbəbindən mövsümün qalan hissəsini buraxacaq.

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Qeyd edək ki, qışda "Bavariya"dan bu mövsümün sonuna kimi icarəyə götürülən 29 yaşlı futbolçu "qırmızı şeytanlar"ın heyətində 18 oyuna çıxıb, 3 qol vurub.

Banner