Ulduz futbolçu vacib görüşü buraxacaq

“Real”ın zədəli futbolçusu Mariano Diasın durumu məlum olub.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu La Liqanın 26-cı turunda “Atletiko” ilə keçiriləcək səfər matçını buraxacaq.

Diasın nə vaxt sıraya dönəcəyi hələlik bilinmir. 2018-ci ildən “Real”da çıxış edən hücumçu bu mövsüm 15 oyunda 1 qol vurub.

Qeyd edək ki, “Atletiko” – “Real” matçı martın 7-də keçiriləcək.