Ulduz futbolçunun yeni komandası

İngiltərə yığmasının sabiq hücumçusu Denni Uelbekin yeni iş yeri bəlli olub.
 
Sportline.az xəbər verir ki,  bir neçə gün öncə “Uotford”la müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv edən 29 yaşlı forvard “Brayton”da çıxış edəcək.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Yeni klubuna azad agent kimi keçən futbolçu ilə bir illik müqavilə imzalanıb. O, yeni komandasında “18” nömrəli formanı geyinəcək.
 
Qeyd edək ki, Uelbek 2019-cu ilin yayından “Uotford”da oynayırdı. “Mançester Yunayted”in yetirməsi olan futbolçu, qısa müddət “Preston Norz End” və “Sanderlend”də icarədə də çıxış edib. 2014-2019-cu illər aralığında isə o, “Arsenal”ın uğurları üçün çalışıb. İngiltərə yığmasında 42 oyun keçirmiş forvard 16 qola imza atıb.