Ulduz qapıçı əməliyyat olundu

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen əməliyyat olunub.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, diz əməliyyatı uğurlu keçib. Kataloniya təmsilçisi alman qolkiperin sağalma müddətini açıqlamayıb.

Qeyd edə ki, bundan əvvəl 29 yaşlı qapıçının əməliyyat səbəbindən Avro 2020-ni buraxacağı bildirilmişdi.