"Trabzonspor"da yarpaq tökümü
"Trabzonspor" 27 yaşlı hücumçusu ilə yolları ayıracaq.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "qaradənizlilər" Umut Bozokla müqaviləəyə xitam vermək barədə düşünürlər.
Buna səbəb futbolçunun performansından narazı qalmaları səbəb olub. 27 yaşlı hücumçu da "Trabzonspor" klubunda qalmaq istəmədiyini bildirib.
Qeyd edək ki, Umut Bozok bu mövsüm "Trabzonspor" klubu ilə cəmi 9 younda meydana çıxıb və 1 qol, 1 asistlə yadda qalıb.