Unayi Emeri ispaniyalı futbolçunu komandasında görmək istəyir

"Aston Villa"nın baş məqçisi Unayi Emeri "Barselona"nın futbolçusu Ferran Torresi komandasında görmək istəyir.

Sportline.az jurnalist Qreymi Beylinin məlumatına istinadən xəbər verir ki, Birmingem klubu bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.

25 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Torres bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 19 qol 7 məhsuldar ötürmə müəllifi olub.