"Ural" heyətini yarımmüdafiəçi ilə gücləndirib

35 yaşlı mərkəz yarımmüdafiəçisi Artur Yusupov "Ural" klubuna keçib.

Sportline.az xəbər verir ki, Yekaterinburq təmsilçisi azad agent statusunda heyətinə qatdığı futbolçu ilə 1 illik müqavilə imzalayıb.

Yusupov son olaraq çıxış etdiyi "Ximki"də cəmi 1 oyuna çıxıb.

Qeyd edək ki, təcrübəli rusiyalı futbolçu daha əvvəl "Dinamo", "Soçi", "Zenit" və "Rostov"da çıxış edib.