"Ural" klubunun yeni baş məşqçisi bilinib
Rusiyanın "Ural" klubunun baş məşqçi postuna yeni təyinat olub.
Sportline.az xəbər verir ki, Yekaterinbuqr təmsilçisinin rəhbərliyi bu vəzifəyə Yevqeniy Averyanovu gətirib.
Məşqçilər korpusunda Ural və Rusiya millisinin sabiq futbolçusu Oleq Şatov və Ufanın keçmiş üzvü Serqey Tomarov da olacaq.
Xatırladaq ki, “Ural” RPL-da 2023/2024 mövsümü turnir cədvəlinin 14-cü pilləsində tamamlayıb. Komanda 30 görüşdən sonra 30 xal toplayıb. Növbəti mövsümdə Rusiya Premyer Liqasında oynamaq hüququ uğrunda keçirilən iki keçid matçının nəticələrinə əsasən, "Ural" "Akron Tolyatti'yə 2:3 hesabı ilə uduzaraq Birinci Liqaya düşüb.