Usik Fyuri ilə revanşın hazırlığına başlayıb

Superağır çəkidə mütləq çempion Aleksandr Usik Tayson Fyuri ilə revanş döyüşünün hazırlığına başlayıb.

Sportline.az xəbər verir ki, ukraynalı boksçu qarşılaşma ilə bağlı fikrilərini bölüşüb.

"Biz məşq üçün toplaşmışıq. Son döyüşdə Fyuri haqqında çox şey öyrəndim, onu daha yaxından tanıdım. Əvvəlkindən də hazırlıqlı vəziyyətdə olmalıyam. Bunun üçün əlimdən gələni əsirgəməyəcəyəm", - deyə Usik "Ready To Fight"a açıqlamasanda hazırlıq barədə danışıb.

Qeyd edək ki, Usiklə Tayson Fyuri dekabrın 21-də Səudiyyə Ərəbistanında üz-üzə gələcək.