Usikin titilunu qorumaq üçün rəqibi bilindi
Boks üzrə mütləq dünya çempionu Aleksandr Usikin titulunu qorumaq üçün çıxacağı döyüşdə rəqibi bilinib.
Sportline.az xəbər verir ki, ukraynalı idmançı yeni zelandiyalı Cozef Parkerlə qarşılaşacaq.
Bu haqda Dünya Boks Təşkilatı (WBO) məlumat yayıb.
Qeyd edək ki, Aleksandr Usik ingiltərəli Tayson Fyuri ilə ardıcıl iki döyüşdə qazandığı qələbələr sayəsində WBA, IBO, WBO və WBC versiyaları üzrə dünya çempionu kəmərinə sahib çıxıb.