Uzaq məsafədən fantastik qol
Ekvadorun "İndependyente del Valye" klubunun futbolçusu Fernando Qaybor meydanın özlərinə aid hissəsindən baxımlı qol vurub.
Sportline.az xəbər verir ki, bu, Qayborun komandasının "Kumbaya"ya 2:0 hesabı ilə qalib gəldiyi ölkə çempionatı matçında baş verib. 90+4-cü dəqiqədə rəqib qapıçının önə çıxdığını görən 31 yaşlı yarımmüdafiəçi topa zərbə endirib. Nəticədə 70,9 metr məsafədən qol qeydə alınıb. Bu, Ekvador futbolunda yeni rekorddur.
Qeyd edək ki, Fernando Qaybor oyuna sonradan daxil olub və meydanda cəmi 27 dəqiqə qalıb. Ekvadorlu futbolçu bu müddətdə sarı vərəqə ilə də yadda qalıb.