Van Bommelin yeni iş yeri

Niderlandlı məşqçi Mark van Bommel Almaniyada çalışacaq.

Sportline.az xəbər verir ki, 44 yaşlı mütəxəssis “Volfsburq”un baş məşqçi təyin olunub. Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb. Van Bomellə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, son olaraq Niderlandın PSV komandasını çalışdıran mütəxəssis 2019-cu ilin dekabrından işsiz idi.