Van Deyk “Liverpul”un təklifini rədd edib

“Liverpul”un niderlandlı futbolçusu Vircil Van Deyk klubun yeni müqavilə təklifini rədd edib.

Sportline.az xəbər verir ki, bu haqda “The Atletic” nəşri məlumat yayıb.

Belə ki, təcrübəli futbolçu “Liverpul”un yeni müqavilə təklifini bəyənməyib.

Van Deyk “Liverpul”dan ayrılmaq niyyətindədir.

33 yaşlı müdafiəçinin “Liverpul”la müqaviləsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, Vircil 2018-ci ildən “Liverpul”un şərəfini qoruyur.