Vaşinqtonda beynəlxalq tennis turnirləri yekunlaşdı
Vaşinqtonda beynəlxalq tennis turnirləri yekunlaşıb.
Sportline.az xəbər verir ki, qadınların final yarışında italiyalı Kamila Corci Cessika Pequla ilə üz-üzə gəlib. Amerikalı raketka ustası qələbə qazanmaqda çətinlik çətməyib. 1 saat 1 dəqiqə davam edən görüşün ilk setində Cessika qalib gəlib. Təşəbbüsü əldən verməyən tennisçi 2-ci setdə də eyni nəticə göstərib. Bununla, amerikalı idmançı fəxri mükafatın sahibi olub.
Kişilərin mübarizəsində isə avstraliyalı Nik Kiros finalda Rusiya təmsilçisi Daniil Medvedevlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş 1 saat 37 dəqiqə davam edib. İlk setdə daha dəqiq olan Avstraliya tennisçisi qələbə qazanıb. 7-6. Ikinci hissə də gərginliyi ilə yadda qalıb. Maraqlıdır ki, bu dəfə də eyni hesab qeydə alınıb. Beləliklə, hər iki setdə rəqibini məğlub edən Nik Kiros yarışın qalibi olub.