Velosipedçilərimizdən Olimpiadaya daha 6 lisenziya xalı

Ukraynanın paytaxtı Kiyevdə Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Horizon Park Classic” yarışı keçirilib.

Sportline.az xəbər verir ki, birgünlük veloturda Azərbaycanın Elit yığmasının 2 üzvü - Elçin Əsədov və Samir Cəbrayılov mübarizə aparıb. Müvafiq olaraq Ukraynanın “Lviv” və Belarusun “Minsk” kontinental klublarının velosipedçiləri Azərbaycanın reytinqinə 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün hərəyə 3 lisenziya xalı qazandırıblar. 

Əsədov yarışı 8-ci, Cəbrayılov isə 10-cu pillədə başa vurub. 

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu il oktyabrın 22-dək davam edəcək. Azərbaycan indiyədək velosiped idmanında "Tokio-2020"yə 49 lisenziya xalı qazanıb.