Ueyn Runi Çempionşip komandasının baş məşqçisi olub

"Mançester Yunayted"in əsfanəvi futbolçusu Ueyn Runi məşqçilik karyerasına İngiltərədə davam edəcək.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, "Plimut" komandası 38 yaşlı baş məşqçi ilə razılığa gəlib.

Bu barədə klubun rəsmi X hesabı məlumat yayıb.

İngilis mütəxəssisin son iş yeri 2023-cü ilin oktyabrından 2024-cü ilin yanvarına kimi çalışdığı "Birminqem" olub. Runi daha əvvəl "DC Yunayted" və "Derbi Kaunti"nin də baş məşqçisi olub.

Qeyd edək ki, "Plimut" Çempionşipdə cari mövsümü 51 xalla 21-ci sırada tamamlayıb.