"Vilyareal" "Everton"dan 40 milyon avro tələb edir

"Everton" "Vilyareal"ın fransalı futbolçusu Tierno Barrini heyətinə qatmağı planlaşdırır.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Vilyareal" T.Barri üçün Mersisayd klubundan 40 milyon avro tələb edir.

22 yaşlı forvardın İspaniya klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Barri ötən mövsüm meydana çıxdığı 41 matçda 19 qol 4 asistlə yadda qalıb.