"Vilyareal"ın 1 nömrəli hədəfi
"Real Betis"də icarə əsasında çıxış edən brazilyalı futbolçu Antoni Santos "Vilyareal"ın maraq dairəsiə düşüb.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu üçün "Vilyareal" "Mançester Yunayted"ə 20 milyon avro ödəməyə hazırdır.
Antoni bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 38 matçda 9 qol 5 asistlə yadda qalıb. Onun "Real Betis"dəki icarə müddəti mövsümün sonunda başa çatacaq.