"Vilyarreal" tarixində ilk dəfə Avropa Liqasının qalibi oldu

UEFA Avropa Liqasında final oyunu keçirilib.

Sportline.az xəbər verir ki, həlledici görüşdə İspaniyanın "Vilyarreal" və İngiltərənin "Mançester Yunayted" komandaları üz-üzə gəlib. Polşanın Qdansk şəhərindəki eyniadlı stadionda keçirilmiş görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. 29-cu dəqiqədə Jerar Moreno "Vilyarreal"ı irəli çıxarsa da, 55-ci dəqiqədə Edinson Kavani "Mançester Yunayted"in bərabərlik qolunu vurub.

Əlavə vaxtda tərəflərdən heç biri fərqlənə bilməyib. Bu səbəbdən, fransalı FIFA referisi Kleman Türpen penaltilər seriyasını başladıb. Bu zaman daha dəqiq olan "Vilyarreal" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub.