"Vilyarreal"dan yeni transfer

“Vilyarreal” heyətinə yeni futbolçu cəlb edib.
 
Sportline.az klubun saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin “Uotford” klubunun yarımmüdafiəçisi Etyen Kapunun transferini gerçəkləşdirib. Fransalı oyunçu ilə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.
 
Qeyd edək ki, Kapu 2015-ci ildən "Uotford"da oynayırdı.