Vini "Real Madrid"lə yeni müqavilə imzalayacaq
"Real Madrid" brazilyalı ulduz futbolçusu Vinisius Juniorla yola davam edəcək.
Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu Madrid klubu ilə 2030-cu ilin iyun ayına qədər yeni müqaviləyə imza atacaq.
Vinisius Junior bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 55 matçda 22 qol 19 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, sol cinah vingeri 2018-ci ildən "Real Madrid"də çıxış edir.