Vircil Van Deyk karyerasını İspaniyada davam etdirə bilər

"Liverpul"un mərkəz müdafiəçisi Vircil van Deyk karyerasını İspaniya nəhəngində davam etdirə bilər. 

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı niderlandlı futbolçu ilə "Real Madrid" maraqlanır. "Kral klubu" müdafiədəki problemləri məhz onun sayəsində aradan qaldırmaq istəyir. Madridlilər van Deykə 3 illik müqavilə təklif etməyə hazırlaşır. 

Vircilin "Liverpul"la hazırkı müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. 

Təcrübəli müdafiəçi İngiltərə Premyer Liqasının cari mövsümündə 14 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.