"Vüqar Həşimov" Avropa Kubokunda gerilədi

Şimali Makedoniyanın Struqa şəhərində şahmat üzrə klublararası Avropa Kuboku turniri davam edir.

Sportline.az xəbər verir ki, turnirdə dördüncü turun qarşılaşmaları keçirilib. Azərbaycanı təmsil edən "Vüqar Həşimov" klubu tur çərçivəsində heyətində Nicat Abbasovun da yer aldığı İspaniyanın "Silla" kollektivi ilə üz-üzə gəlib. Görüş "sülh"lə yekunlaşıb.

Xatırladaq ki, ilk iki turda müvafiq olaraq İrlandiyanın "Qonzaqa" və Moldovanın "Perfekt" komandalarını böyük hesabla üstələyən təmsilçimiz üçüncü görüşündə İsrailin "Beer Şeva" klubuna uduzub.

Beləliklə, "Vüqar Həşimov" yarış cədvəlində daha 6 pillə geriləyərək 5 xalla 13-cü sırada qərarlaşıb. Sıralamaya 8 xalla Rusiyanın "Mednıy Vsadnik" klubu başçılıq edir. 7 xal toplayan "Silla" üçüncü, Şəhriyar Məmmədyarovun oynadığı Şimali Makedoniyanın "Alkaloid" kollektivi isə 6 xalla dördüncü yerdədir.

Qeyd edək ki, İsveçrə sistemi üzrə 7 turdan ibarət Avropa Kubokuna sentyabrın 25-də yekun vurulacaq. Turnirin mükafat fondu 44 min avrodur.

Klublararası Avropa Kuboku
IV tur

"Silla" (İspaniya) - "Vüqar Həşimov" (Azərbaycan)  3:3
Anton Korobov - Rauf Məmmədov  0,5:0,5
Aleksey Şirov - Kiril Şevçenko 0:1
Nicat Abbasov - Vüqar Əsədli 0,5:0,5
Xayme Santos - Aydın Süleymanlı 0,5:0,5
Alvar Alonso - Ülvi Sadıqov 1:0
Lans Henderson - Əhməd Əhmədzadə 0,5:0,5