Vüqar Həşimov Memorialı: Blits növündə mübarizəyə start verilib

Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə blits növündə mübarizəyə start verilib.

Sportline.az xəbər verir ki, qrossmeysterlər ümumilikdə 7 tur keçiriiblər.

Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov 4 qələbə qazanıb, 2 dəfə heç-heçə edib. 36 yaşlışahmatçı 1 görüşdə isə uduzub. O, yeganə məğlubiyyətini ABŞ təmsilçisi Fabiano Karuanadan alıb.

Vüqar Əsədli 3, Rauf Məmmədov isə 2 qarşılaşmada rəqiblərindən üstün olublar.