Vüqar Həşimov Memorialı: Məmmədyarov lideri dəyişib, Əsədli Ananda qalib gəlib

Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün növbəti oyunlar baş tutub.

Sportline.az xəbər verir ki, VI turda Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov macarıstanlı Riçard Rapportla, Rauf Məmmədov çexiyalı David Navara ilə, Vüqar Əsədli isə rusiyalı Sergey Karyakinlə üz-üzə gəlib.

İlk partiyada rəqibinə qalib gələn Məmmədyarov ikinci dueldə heç-heçəyə razılaşaraq, yekun hesabda qələbə qazanıb. Məmmədov Navaradan üstün olsa da, əsədli Karyakinlə bacarmayıb.

VII turda Məmmədyarov ABŞ-dan olan Fabiano Karuananı, Əsədli hindistanlı Vişvanatan Anandı üstələyib. Məmmədov isə Karyakinə uduzub.

Bu nəticələrdən sonra Rapport turnir cədvəlində liderliyini əldən verib. Hazırda 17 xalı olan Karuana sıralamaya başçılıq edir. Hərəyə 16 xalı olan Rabbort və Karyakin 2-3-cü yerləri bölüşdürür. Məmmədyarov 14 xalla 4-cü, Məmmədov 9 xalla 5-cidir. Yeddi turdan sonra 8 xal toplayan Navara 6-cı sırada yer alıb. Hərəyə 4 xal yığan Əsədli və Anand isə 7-8-ci pillələrdə qərarlaşıb.

VI tur

İlk görüşlər

Şəhriyar Məmmədyarov - Riçard Rapport (Macarıstan) - 1:0

David Navara (Çexiya) - Rauf Məmmədov - 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Vüqar Əsədli - 1:0

Vişvanatan Anand (Hindistan) - Fabiano Karuana (ABŞ) - 0:1

Cavab görüşləri

Riçard Rapport (Macarıstan) - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Rauf Məmmədov - David Navara (Çexiya) - 1:0

Vüqar Əsədli - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

Fabiano Karuana (ABŞ) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5

VII tur

İlk görüşlər

Fabiano Karuana (ABŞ) - Şəhriyar Məmmədyarov - 0:1

Vüqar Əsədli - Vişvanatan Anand (Hindistan) - 1:0

Rauf Məmmədov - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

Riçard Rapport (Macarıstan) - David Navara (Çexiya) - 1:0

Cavab görüşləri

Şəhriyar Məmmədyarov - Fabiano Karuana (ABŞ) - 0,5:0,5

Vişvanatan Anand (Hindistan) - Vüqar Əsədli - 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Rauf Məmmədov - 1:0

David Navara (Çexiya) - Riçard Rapport (Macarıstan)

Qeyd edək ki, Vüqar Həşimov Memorialına dekabrın 24-də yekun vurulacaq.