Vüqar Həşimov Memorialı: Növbəti turlarda Azərbaycan şahmatçıları üz-üzə gələcək

Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirində bu gün növbəti oyunlar baş tutacaq.

Sportline.az xəbər verir ki, ikinci turda Azərbaycan təmsilçiləri - Şəhriyar Məmmədyarovla Vüqar Əsədli üz-üzə gələcək. Rauf Məmmədov ABŞ-dan olan Fabiano Karuana ilə qarşılaşacaq.

Üçüncü turda Məmmədyarov rusiyalı Sergey Karyakinlə, Vüqar Əsədli isə Rauf Məmmədovla oynayacaq.

II tur

Şəhriyar Məmmədyarov - Vüqar Əsədli

Rauf Məmmədov - Fabiano Karuana (ABŞ)

Riçard Rapport (Macarıstan) - Vişvanatan Anand (Hindistan)

David Navara (Çexiya) - Sergey Karyakin (Rusiya)

III tur

Şəhriyar Məmmədyarov - Sergey Karyakin (Rusiya)

Rauf Məmmədov - Vüqar Əsədli

David Navara (Çexiya) - Vişvanatan Anand (Hindistan)

Riçard Rapport (Macarıstan) - Fabiano Karuana (ABŞ)

Qeyd edək ki, Vüqar Həşimov Memorialına dekabrın 24-də yekun vurulacaq. İlk turdan sonra Şəhriyar Məmmədyarov, Riçard Rapport və Fabiano Karuana 3 xalla ilk sıraları bölüşürlər. Rauf Məmmədov 2 xalla 4-cü, Vişvanatan Anand isə 1 xalla 5-cidir. Vüqar Əsədli, David Navara və Sergey Karyakinin isə xalı yoxdur.