"World Boxing"in prezidenti boks federasiyalarına müraciət etdi
"World Boxing"in prezidenti Boris van der Vorst milli federasiyaları birləşməyə çağırıb.
Sportline.az xəbər verir ki, 2023-cü ildə Beynəlxalq Boks Federasiyasına (İBA) alternativ kimi yaradılan qurumun rəhbəri bunun olduqca vacib məsələ olduğunu bir daha diqqətə çatdırmaq istəyib.
"Bunu World Boxing və IBA arasında mübarizə kimi qəbul etməyin. Söhbət boksun Olimpiya oyunlarının proqramında saxlanılmasından gedir", deyə Vorst "Reuters"ə müsahibəsində bildirib.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi IBA-nın lisenziyasını ləğv edib.
BOK bu addımı qurumun maliyyə məsələlərinin idarə olunmasındakı problemlər və korrupsiya ilə əlaqələndirib.