Xabi Alonso Arda Gülərin çatışmayan cəhətlərini qabardıb
"Real"ın baş məşqçisi Xabi Alonso Arda Gülərin bacarıqlarından söz açıb.
Sportline.az xəbər verir ki, ispaniyalı mütəxəssis Ardanın güclü tərəfləri ilə yanaşı çatışmayan cəhətlərini də dilə gətirib.
"Epizoda reaksiya vermək yox, onu əvvəlcədən duymaq lazımdır. Mövqeyin yaxşıdırsa, dərhal mübarizəyə girməlisən. Arda bu prosseslərdən keçməlidir. İrəliləyiş əldə etmək üçün vaxt lazımdır. O, öz üzərində çalışır və biz ona dəstək oluruq. Futbolçu buraxdığı səhvləri etiraf eləməyi bacarmalıdır. Ardanın güclü tərəfləri də çoxdur. Bacarıqlı futbolçudur. Peşəkarlığını artırmaq üçün tələb olunan dəstəyi verəcəyik", - deyə Alonso gənc futbolçu ilə bağlı sualı cavablandırıb.
Qeyd edək ki, "Real"ın klublararası dünya çempionatında keçirdiyi 4 oyunda da meydana çıxan Arda Gülər 1 qolla fərqlənib.