Xabi Alonso ispaniyalı futbolçunu istəyir
“Real Madrid”in yeni baş məşqçisi Xabi Alonso “Benfika”nın ispaniyalı futbolçusu Alvaro Karreyrası komandasında görmək istəyir.
Sportline.az “GOAL” nəşrinə istinadən xəbər verir ki, “Real Madrid” Karreyrasın meneceri ilə təmas halındadır.
22 yaşlı futbolçunun “Benfika” ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Karreyras bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 49 matçda 4 qol 5 asistlə yadda qalıb.
Onun hazırkı dəyəri “Transfermarkt” portalına görə, 28 milyon avro olaraq qiymətləndirilir.
Xatırladaq ki, Alvaro Karreyras “Real Madrid”in yetirməsi sayılır.