Xames Rodriqes "Qarabağ"la oyunu buraxa bilər

"Olimpiakos"un futbolçusu Xames Rodriqes Kolumbiya millisinin düşərgəsindən zədəli vəziyyətdə qayıdıb.

Sportline.az  Yunanıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Pirey təmsilçisinin baş məşqçisi Xose Miçel məlumat verib: "Xames mili komandanın düşərgəsindən bir az problemlə gəlib".

Yunanıstan mətbuatı X.Rodriqesin Yunanıstan Superliqasnın 6-cı turunda "Atromitos"la matçı buraxacağını yazıb. Onun Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"a qarşı oynayıb-oynamayacağı isə dəqiqləşməyib.

Qeyd edək ki, oktyabrın 6-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.