Xavi UEFA tərəfindən 2 oyunluq cəzalandırılıb

"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasında PSJ ilə oyunda aldığı qırmızı vərəqəyə görə UEFA tərəfindən 2 oyunluq cəza alıb.

Sportline.az xəbər verir ki , bu barədə İspaniyanın AS nəşri məmumat yayıb.

Xəbərdə bildirilir ki, katalonların futbolçusu Serxio Roberto da eyni cəza ilə üzləşəcək.

Bundan əlavə UEFA "Barselona" klubuna azarkeşlərin qeyri-etik hərəkətlərinə görə 60 min avro cəza kəsib.

Qeyd edək ki, sözügedən oyun PSJ-nin 4-1 hesablı qələbəsi ilə yekunlaşmışdı.