Xəyanətdə suçladığı PSJ-ni "Real"a dəyişmək istəyir

PSJ-nin hücumçusu Kilian Mbappe klubu xəyanətdə suçlayıb.

Sportline.az "The Athletic"in jurnalisti Mario Korteqana istinadla xəbər verir ki, 24 yaşlı futbolçu klub rəhbərliyini onu aldatmaqda ittiham edir.

PSJ ilə müqaviləni uzatmağa peşiman olan Mbappe parislilərin vədə xilaf çıxdığını bildirərək Madrid "Real"ına keçmək istədiyini bildirib. 

Qeyd edək ki, onun klubla müqaviləsi 2024-cü ildə başa çatır.