"Xəzər" "Kəpəz"dən ayrılan futbolçu ilə anlaşdı

"Xəzər" klubu qış fasiləsində daha bir futbolçu transfer edib.

Sportline.az  klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, qış fasiləsinə qədər Premyer Liqada "Kəpəz"in bütün oyunlarında meydana çıxmış Novruz Məmmədovla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Ölkə çempionatında 200-dən çox oyun keçirmiş Məmmədov Premyer Liqa karyerasına 2008-ci ildə "Muğan” klubunda başlayb, daha sonra isə "Bakı", "Rəvan” və AZAL klublarında oynayıb.