"Ximki"nin serbiyalı futbolçusu Rusiya vətəndaşlığına keçmək istəyir

“Ximki”nin idman direktoru Nikolay Olenev bildirib ki, komandanın serbiyalı futbolçusu Petar Qoluboviç Rusiya vətəndaşlığı almaq niyyətindədir.

Sportline.az xəbər verir ki, Olenev TACC-a verdiyi müsahibədə bu fikirləri səsləndirib. 

 

"Komandamızın daha bir üzvü keçən həftə Rusiya pasportu almaq istəyini bölüşdü. Qoluboviçin sənədləşmə işləri ilə bağlı çalışmalara başlamışıq.Onun klubumuzla daha 2 il müqaviləsi var."

Xatırladaq ki, yayda "Orenburq"dan "Ximki"yə keçən argentinalı futbolçu Lukas Vera da Rusiya vətəndaşlığını almaq niyyətində olduğunu açıqlamışdı.

Qeyd edək ki, Qoluboviçin 30 yaşı var və 2023-cü ildən "Ximki"də çıxış edir.