Xorvatiya millisinin AVRO 2024 üçün heyəti açıqlanıb

Xorvatiya millisinin mətbuat xidməti "X" sosial şəbəkəsində 2024-cü il Avropa Çempionatı üçün milli komandanın tərkibini açıqlayıb.

Sportline.az Championat.com-a istinadla  xəbər verir ki, Xorvatiya millisinin 26 nəfərlik heyəti aşağıdakı oyunçulardan ibarətdir.

Qapıçılar: Dominik Livakoviç ("Fənərbaxça"), İvitsa İvuşiç ("Pafos"), Nedilko Labroviç ("Riyeka").

Müdafiəçilər: Domaqoy Vida (AEK), Josip Juranovic ("Yunion"), Yosko Quardiol ("Mançester Siti"), Borna Sosa ("Ayaks"), Josip Stanişic ("Leverkuzen"), Josip Šutalo ("Ayaks"), Martin Erlic ("Sassuolo"), Marin Pongracic ("Lecce").

Yarımmüdafiəçilər: Luka Modriç ("Real Madrid"), Mateo Kovaçiç ("Mançester Siti"), Marselo Brozoviç ("Əl-Nassr"), Mario Pasaliç "(Atalanta"), Nikola Vlaşiç ("Torino"), Lovro Meyer ("Volfsburq"), Luka İvanuşek ("Feyenoord"), Luka Suçiç ("RB Salzburq"), Martin Baturina ("Dinamo Zaqreb").

Hücumçular: İvan Perişiç ("Hayduk"), Andrey Kramariç ("Hoffenhaym"), Bruno Petkoviç ("Dinamo Zaqreb"), Marko Pyaça ("Riyeka"), Ante Budimir ("Osasuna"), Marko Paşaliç ("Riyeka").

Qeyd edək ki, Xorvatiya millisi turnirdə Albaniya, İtaliya və İspaniya ilə eyni qrupda mübarizə aparacaq.