Xuliyan Alvares "Atletiko"dan ayrılmaq istəyir
"Atletiko Madrid"in argentinalı futbolçusu Xuliyan Alvares mövsümün sonunda klubdan ayrılmaq istəyir.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Alvares ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.
"Liverpul" 25 yaşlı futbolçunu transfer etmək üçün hərəkətə keçib.
Qeyd edək ki, Mersisayd klubu bu keçid üçün "Atletiko Madrid"ə 90 milyon avro ödəməyə hazırdır.
Xuliyan Alvares bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 49 matçda 26 qol 5 asistlə yadda qalıb.